Bəhanəsiz Get lyrics

İzzət Bağırov

[Bənd 1]
Döşənib yollartək ayaqlarına
Sənə yalvarımmı? Bu mümkün deyil
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil

Döşənib yollartək ayaqlarına
Sənə yalvarımmı? Bu mümkün deyil
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil

[Keçid]
Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə
Nə səndə məhəbbət qara pul deyil
Nə mən dilənçiyəm, əl açım sənə

[Nəqərat]
Getmək istəyirsən, bəhanəsiz get
Oyatma bu yatan xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən, səsin də yad olsun indi

Getmək istəyirsən, nə danış, nə din
Yox ol uzaqlartək dumanda, çəndə
Nəyimi sevmişdin? - deyə bilmədin
İndisə min eyib görürsən məndə

[Bənd 2]
Getmək istəyirsən, o yol, o da sən
Bir cüt göz baxacaq arxanca sənin
Getdinmi, nə vaxtsa dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin

Getmək istəyirsən, o yol, o da sən
Bir cüt göz baxacaq arxanca sənin
Getdinmi, nə vaxtsa dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin

[Keçid]
Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə
Nə səndə məhəbbət qara pul deyil
Nə mən dilənçiyəm, əl açım sənə

[Nəqərat]
Getmək istəyirsən, bəhanəsiz get
Oyatma bu yatan xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən, səsin də yad olsun indi

Getmək istəyirsən, nə danış, nə din
Yox ol uzaqlartək dumanda, çəndə
Nəyimi sevmişdin? - deyə bilmədin
İndisə min eyib görürsən məndə

Think your friends would be interested? Share this lyrics!

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

Contact Us DMCA Policy Privacy Policy
Copyright © 2013-2021 Lyrics.lol