Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!

Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!

MyBunny.TV – Cheaper Than Cable • Up to 35% Off Yearly Plans • All NFL, ESPN, PPV Events Included 🐰

Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!

Start Watching Now
Ədalət Şükürov
Bir Yaz Axşamı (’'Avara’' albomundan)

[Bənd 1]
Bir yaz axşamı yandırdım şamı
Neçə vaxtdır, görmürəm səni
Bir yaz axşamı taxdım nişanı
Sevgilim, sənin barmağına

Üzük qaşsız qalıb, qızıl da xal salıb
Güzgünü toz alıb, qayıtmadın
Bu şam bütün gecə sönür-yanır necə?
Sönməsin, gur yansın, bəlkə, gəldin

[Nəqərat]
Ürəyim dup-dup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapımı tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin

Ürəyim dup-dup-dup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapımı tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin

[Bənd 2]
Bir yaz axşamı döysən qapımı
Sənin addımını hiss etsəm
Gedərəm, açım, evə buraxım
Nurla dolsun mənim boş evim
Sənin saçlarına taxardım bir sıra
Nərgiz güllərini xırda-xırda
Şam yansın, sönməsin, daş suya dönməsin
Ürəyi bölməsin iki yerə

[Nəqərat]
Ürəyim dup-dup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapımı tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin

Ürəyim dup-dup-dup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapımı tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin

[Bənd 3]
Sən başqa evdə yerini tapdın
Boş bir ürəkdə yuva saldın
Mənsə hər axşam yandırıram şam
Bəlkə, şam işığına gəldin

Gecə, uzun gecə, tənhalıq bir gecə
Arzuları heçə salıbsan, yar
Üzük qaşsız qalıb, qızıl da xal salıb
Güzgünü toz alıb, bəlkə, gəldin
[Nəqərat]
Ürəyim, ürəyim
Ürəyim dup-dup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapımı tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin
Bəlkə, gəldin