Bu Axşam

[Bənd 1]
Bu axşam məclisə gəlibdir sevimli dostlar
Cavanlar şənlənir, hər tərəfdə bir bahar

[Nəqərat]
Yanır hər tərəfdə çıraqlar, gülümsəyir dodaqlar
Nə gözəldir bu axşam
Çıxmaz xatirədən heç zaman könüllərə nur saçan
Bu sevinc dolu axşam

[Nəqərat sonu]

[Bənd 2]
Durmayın, oğlanlar, utanmaq yaraşmaz sizə
Mehriban qızları dəvət eyləyin rəqsə