Vaxtında Gələr (”Xüsusi Vəziyyət” Filmindən)

[Bənd 1]
Dünyanın varına, yoxuna baxmaz
Gələndə soluna-sağına baxmaz
Saçın qarasına, ağına baxmaz
Sevgi haçan gəlsə, vaxtında gələr
Vaxtında gələr, vaxtında gələr...
[Bənd 2]
Sevgiyə çağırın yaz havasında
Ürəyin çırpınar öz qəfəsində
Lap son dəqiqəndə, son nəfəsində
Sevgi haçan gəlsə, vaxtında gələr
Vaxtında gələr, vaxtında gələr...

[Bənd 3]
Bu gün ki gözünə görünəcək yar
Ağaran saçında əriyəcək qar
Dünyada tək, bircə vaxtsız əcəl var
Sevgi haçan gəlsə, vaxtında gələr
Vaxtında gələr, vaxtında gələr...

More by Akif İslamzadə

All Akif İslamzadə songs →