Sənsiz Bu Axşam

[Bənd 1]
Yenə sənsiz bu axşam
Yuxu qaçıb gözümdən
Səni deyib durmuşam
Xəbərim yox özümdən

[Nəqərat]
Gəl, könlümü, könlümü çal mənim
Gəl, yanımda qal mənim
Gəl, canımı, canımı al mənim
Sənin olum mən, mən
Sənin olum mən, mən

[Keçid]
Səmadan qopub düşən
Bir yanar ulduzam mən
Tez ol, yetir özünü
Tənhayam, yalqızam mən

[Nəqərat]
Taybataydır qapım
Gəl, gəl, gəl, gəl
Gözləyirəm yolunu
Üzülübdür tabım
Gəl, gəl, gəl, gəl
Sal boynuma qolunu
Sal boynuma qolunu
[Bənd 2]
Soyuyubdur otağım
Ah, sən yenə gəlmədin
Buza döndü yatağım
Axı niyə gəlmədin?

[Nəqərat]
Gəl, könlümü, könlümü al mənim
Gəl, yanımda qal mənim
Gəl, canımı, canımı al mənim
Sənin olum mən, mən
Sənin olum mən, mən

[Keçid]
Səmadan qopub düşən
Bir yanar ulduzam mən
Tez ol, yetir özünü
Tənhayam, yalqızam mən

[Nəqərat]
Taybataydır qapım
Gəl, gəl, gəl, gəl
Gözləyirəm yolunu
Üzülübdür tabım
Gəl, gəl, gəl, gəl
Sal boynuma qolunu
Sal boynuma qolunu
Sal boynuma qolunu