[Verse: Qaraqan]
Nəsə mənsiz səhnələr sakit
Rep diz çöküb mənə yalvardı: "Qayıt"
Sözünü salmadım və gəldim xala xətri
Baxaq görək hansı rəngdədir, gəlir nə ətri
Rəngi qəhvəyi, iyi məlum artıq
Mövzular azalıb, ləqəb və pul artır
Saç artır, klip artır, şəkil, tatoo artır
Söz ilə bambılılığı eliyiblər party
Məni gözləyir Kuba, yay tətili, Havana
Məni gözləyir o dünyada Princess Diana
Mən kariyeram ən pis halda 10 ilə deputat
Yaxşı, deyin bu Azrap yaraşır harama?
Ver mənə beat, qaytarım hit pro
Double B, Double Q, qanım repə petrol
Mənim söz istehsalım 100 üstü 100 faiz
Nə qədər MC Donald's qızardır bilirəm "Frenç Frayz"
[Nəqarət: Qaraqan]
Mr. Blackblooddan maraqlı resept
Bir az un, bir az şəkər tozu və su
İki yumurta, zeytun yağı və süd
AzRap'a yedizdirək dadlı dissert
Mr. Blackblooddan maraqlı resept
Bir az un, bir az şəkər tozu və su
İki yumurta, zeytun yağı və süd
AzRap'a yedizdirək dadlı dissert
[Verse: Qaraqan]
Mənim əllərim qızıl, bu işdə Sharp Power
Bir dəfə dadına baxan daim müştərim olur
Amma gedirəm arada işlərim olur
Mənim yuxum yırtıcı kimi uzun və dərin olur
Repin vəziyyəti əslində heç deyil vecimə
Mən 100 Nº1-i qatlayıb qoyuram cibimə
Və izimə, tozuma yapışır nəsə olmaq istəyənlər
Ən yaxşı halda oxşaya biləcək izimə
Zəif yazıb cırdığım tracklərə klip çəkirsiz
Yalandan dost olur, vaxt xərcləyib, pul tökürsüz
Ən yaxın dostlarınız rejissor və beatmakerlər
Sonra hamıya səmimi olduğunuzu deyirsiz
İki ildir eşitmədim sərt "Bayraq"dan, səmimi "Epiloq"dan, təsirli "Salam Allah"dan
Amma gördüm ki, yaranıb nə qədər padşahlar, king'lər, vəzirlərin ətrafında yaltaqlar
[Nəqarət: Qaraqan]
Mr. Blackblooddan maraqlı resept
Bir az un, bir az şəkər tozu və su
İki yumurta, zeytun yağı və süd
AzRap'a yedizdirək dadlı dissert
Mr. Blackblooddan maraqlı resept
Bir az un, bir az şəkər tozu və su
İki yumurta, zеytun yağı və süd
AzRap'a yedizdirək dadlı dissert