Qaraqan
Gözəl Qızlar
[Verse: Qaraqan]
Mən saxlaya bilmirəm özümü hər yeni parfümünün ətri gələndə
Mən hələ ki, səbir edib dözürəm
Qoymuyun çevrilim yırtıcı pələngə
Mən sevirəm bu çirkli oyunu
Bu mənim pis vərdişim, mənim səhvim
Sanki həyasız uşaqdır ruhum bezib oyuncaqdan, amma heç kimə vermir
Rəngarəng və istedadlı yalanlar
Sevgi bu ya yox buraxaq zamana
Mən öz ümidlərimin əlində qılınc
Sənin eqonun əlində titrəyir qalxanı
Əgər özünü əlçatmaz etməsəydin, bəlkə, ürəyini qırmazdım, anla
Sən ərköyün, sözə baxmayan uşaq
Özün əlini vurdun alova, özün ağla

[Nəqarət: Qaraqan]
Gözəl qızlar bizi parlaq gülüşləri ilə cəlb edəcək
Amma gözəl sözlər, yalanlarımız onları bizlərə bənd edəcək
Bir gözəl səhər tərk edəcəyik uzun illərə zəng edəcək
Gözəl dostlar, mən bilirəm gözəllik dünyanı məhv edəcək

[Verse: Qaraqan]
Beləcə keçir hər yeni sevginin əvvəli, sonu bir-birinə bənzər
Bizim içimizdəki iblisimiz sevir mavi səma, sevir qara gözlər
Mən bilirəm başqa cür olmur ayrılıqlar hər zaman oğlana görə
Artıq milyon il davam edir oyun
Amma hələ də bizə inanır qızlar
Rəngbərəng və istedadlı yalanlar
Sevgi bu ya yox buraxaq zamana
Mən öz ümidlərimin əlində qılınc
Sənin eqon çoxdan tullayıb qalxanı
Görəsən qızlar, yoxsa oğlanlar
Kim birinci başlayır bu oyunu
Biz getmək üçün axtaranda bəhanə
Onlar qalmağımız üçün soyunur
[Nəqarət: Qaraqan]
Gözəl qızlar bizi parlaq gülüşləri ilə cəlb edəcək
Amma gözəl sözlər, yalanlarımız onları bizlərə bənd edəcək
Bir gözəl səhər tərk edəcəyik, uzun illərə zəng edəcək
Gözəl dostlar, mən bilirəm gözəllik dünyanı məhv edəcək