Qaraqan
Leylim
[Nəqarət: Qaraqan]
Yağır yağış
Gözlərindən
Qurumuş qəlbim ləçəklər
Ruhumun səhraları çiçəklər
Yağır yağış
Gözlərindən
Qurumuş qəlbim ləçəklər
Ruhumun səhraları çiçəklər
Leylim

[Verse: Qaraqan]
Zərif əsərkən mehin
Toplardım səhifələrin şehin
Həyatımız əsərkən
Əzbərlədim şeirin
Ol qürurum
Dedim, olum eyibin
Suyum hüsnün
Demədim neynim
Elədim nurdan kora kimi seyrin
Çəkəcəkmi meylin
Mənə söylə, Leylim

[Nəqarət: Qaraqan]
Yağır yağış
Gözlərindən
Qurumuş qəlbim ləçəklər
Ruhumun səhraları çiçəklər
Yağır yağış
Gözlərindən
Qurumuş qəlbim ləçəklər
Ruhumun səhraları çiçəklər
Leylim
[Verse: Qaraqan]
Düzülər məcnunlar boyunca
Baxım gözlərinin gecələrinə doyunca
Qoymam, qəlbini edələr oyuncaq
Alovu soyuyunca gözlərim
Yuxu ruhuma dolunca izlərim
Hicran qonağım imiş dodağıma qonunca dərin
Dənizinə dərin batacaq bataqlığına hisslərin dizlərim
Səni bulunca dərim, enərim cəhənnəmə cənnəti döndərim
Köçəri leyləyə Leyim dönəcək pərim
Uçacam ardınca nə qədər dönəcək pərim
Nə qədər parım üfürər yelkəni üzərim
Param parça edəcən məni gözəlim

[Nəqarət: Qaraqan]
Yağır yağış
Gözlərindən
Qurumuş qəlbim ləçəklər
Ruhumun səhraları çiçəklər
Yağır yağış
Gözlərindən
Qurumuş qəlbim ləçəklər
Ruhumun səhraları çiçəklər
Leylim