[Verse: Qaraqan]
Gecə yuxudan uzun
Gecə üzü zülmətə sürünür
Məni bura gətirənə lənət
Acı, tər və tüstü
Qulaqları batıran səs
Axı hansı axmaq tapır belə yerdə cənnət?
Səni gətirir
Qəribə ətir
Tanımadığım uzaq tanışlarla bir
Səni gətirir
Təsadüfü şəhərin
Və gecənin şəri
Səni gətirir
Gözə görünməz ipləri talehin
Alın yazım ilişir düyününə sənin
Sanki tanıyıram səni
[Nəqarət: Qaraqan]
Yara izlərindən
Bilinir
Qəlbindəki həsrətin
Qara gözlərindən
Görünür
İçindəki zülmətin
[Verse: Qaraqan]
Dodaqlarından oxunur sükutun
Dodaqların danışır susduqların
Sənin ətrafın dolu
Amma sənin dostların
Deyil dostların
Və toqquşur bir-birinə baxışlarımız
Yapışır
"Kim tez ayırar gözünü" yarışı
Mən görürəm içindəki zülməti
Gözlərin aynası mənə həyatını danışır
Səni aparır əlimdən səhər
Almadım gecədən adını belə
Bir qısa baxış
Bir uzun nəzər
Göz qırpımında yaşadıq əsər
[Nəqarət: Qaraqan]
Yara izlərindən
Bilinir
Qəlbindəki həsrətin
Qara gözlərindən
Görünür
İçindəki zülmətin
Yara izlərindən
Bilinir
Qəlbindəki həsrətin
Qara gözlərindən
Görünür
İçindəki zülmətin
Yara izlərindən
Bilinir
Qəlbindəki həsrətin
Qara gözlərindən
Görünür
İçindəki zülmətin