Qaraqan
Öz Dünyam
[ Verse 1 ]
Mənim içimdəki dünyadan da məni qovanda qəlbim
Anladım ki, bu dünyanı eləməliyəm öz dünyam
Xəyallarda yaratdığım şəhzadənin çıxdım axtarışlarına
Boz binaların altında
Döyüşlər, ölümlərlə üz-üzə dəqiqələrin rəqsi
Cəllad oldu əqrəblər, saatlarımın başını kəsdi
Keçdi günlər, tapdım ümidi mahnılarda, gecələrim
Neçə soyuqda, neçə payızda gecəni küçədə gecələdim
Qaraladım, səpələdim sətiri, doldu səhifələr
Mən ümidi bağladım zəncirlə, qaçmasın bu həftələr
Bu pərdələr cırılacaq, bu divarlar da söküləcək
Düşmənlərim bağışlanmaq arzusunda düzüləcək
Mən inana bilmirəm ki, tab gətirər başqa kimsə bu qədər dərdə
Beynimin hüceyrələrini dağıdır şeytan şübhələrlə
Qapısı bağlı Yaradanın, daş atanda pəncərəsinə
Tutdu qəzəbi, qırdı qanadı, tulladı insan dərəsinə

[ Chorus ]
...
Beləcə keçirdi günlərim

[ Verse 2 ]
Mən gəlməmişdən əvvəl mələklər verdilər silah
Bu istedaddır, sanki, çiyinlərdə görünməz qanad
Bu istedaddır, köməyim olur, amma qoymur yatmağa
Mən gəlməmişəm şair olmağa, ya da ad ucaltmağa
Məndən zəhlən getsin, nifrət elə, istəsən söy məni
Necə danışmasın dilim, əgər görürsə gözlərim?
Necə gülüm mən, əgər ağlayırsa yetim körpələr?
Necə xoşbəxt olum qəribəmsə doğma ölkədə?
Bir qış, bir albom - yalnız içimdəki hisslər
Mənə sual vermə, cavabını artıq verib gözlər
Mənə kömək olma, sonda minnət edəcəksənsə
Nəyə gərəkdir qürur, axır-əvvəl sevəcəksənsə?
Boş sualların cavabları da boş
Boş inamların savabları da boş, allahları da daş
Gözlərində qış, neçə təbəssüm intiharlarında taqətsiz
Yolçu qəlbim yollar ortasında istiqamətsiz
[ Chorus ]
...
Beləcə keçirdi günlərim