[Bənd 1: Qaraqan]
İstəmirəm LCD ekran televizor, 600 kanal
İstəmirəm 8800, polifonik tonal
İstəmirəm Adidas, Versace, Dolce Gabbana
İstəmirəm ən dəbli geyim, dəbli saç uyğun zamana
İstəmirəm McDonalds, BigMac, Pizza Portofino
İstəmirəm tuz oğlu olum, nə də ki, arlekino
İstəmirəm villa, ömürlük sığorta
İstəmirəm qonşu ac olanda gedim “курорт”a
İstəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
İstəmirəm yasım olsun, tanımadığım qohumlar gəlsin
İstəmirəm populyarlıq, şöhrət, hamı məndən danışsın
İstəmirəm məndən başqa həyatıma kimsə qarışsın
İstəmirəm demokratiya, istəmirəm restavrasiya
İstəmirəm azad seçki, dünyaya inteqrasiya
İstəmirəm qərb mədəniyyəti, Avropasayağı toy
İstəmirəm oğlum desin bir gün - “Ata, oldum “голубой””
İstəmirəm valideyinlərimin puluyla özümü saxlayım
İstəmirəm yalandan gülüm, ondansa içdən ağlayım
İstəmirəm ölüm geciksin, ya da ki, tez gəlsin
İstəmirəm döyüş vaxtı yataqda gözümü bağlayım
İstəmirəm gücüm artsın, artsın ondansa cəsarət
İstəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət
İstəmirəm sevgi, xəyanət sonu hamısının
İstəmirəm, gələcəyimə falçı baxsın istəmirəm
Yəkəpər bədən, ondansa sürətli zərbə
İstəmirəm sizdən alqış, istəməyin məndən səhnə
İstəmirəm fərqlənmək, fərqli görsənmək üçün
İstəmirəm yalan hörmət, içində gizlənmək üçün
[Nəqərat]
“İs” - istiqamətim fərqli
“Tə” - tərki-dünya qara dərviş
“Mir” - miras qaldı mənə keçmişim
“Əm” - əmrimə sadiqəm
“İs” - istiqamətim fərqli
“Tə” - tərki-dünya qara dərviş
“Mir” - miras qaldı mənə keçmişim
“Əm” - əmrimə sadiqəm
[Keçid: PRoMete]
Hәr sәyfә mәnim, mәn dә sәyfәnin
O, mәn, bir dә әldә qәlәmim
Söz güclü, amma deşmir düşmәni
Tut baş hәrflәri, budur mәnim mən-im…
[Bənd 2: Jamal Ali]
İstəmirəm dörd təkər, ona-buna şou göstərmək üçün
İstəmirəm pulla alınmış diplom, ağıllı görünmək üçün
İstəmirəm yaşayım ömrümü valideynlərin hesabına
İstəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına
İstəmirəm şəhərdə hörmət, əgər təsbehlə ölçülürsə
İstəmirəm cəmiyyətdən qiymət, qiymət geyimə verilirsə
İstəmirəm şan-şöhrət, özümü gözə soxmalıyamsa
İstəmirəm yaxşı oğlan olum, çayxanada qocalmalıyamsa
İstəmirəm rus dilini bilməyənə yuxarıdan aşağı baxılsın
Öz dilində güclə danışmaq bombalıq sayılsın
İstəmirəm elit olum, McTualet-də formalaşım
İstəmirəm sevgilim olsun, onunla mərmərli parkda fırlaşım
İstəmirəm sevilim, onsuz da sevgili pak olmur bu ölkədə
İstəmirəm nə göz yaşı, nə ağı, nə ehsan öləndə
İstəmirəm avtoqraf alasınız, biz ki, müqəddəs deyilik
Heykəl indi çoxdur şəhərdə, istəmirəm elə əbədilik
Günün pul, qız, iç, çək
İstəmirəm!
Özün gəz, iç, baş-boş, güc
İstəmirəm!
Kef, full, dərd, əl, cib, həll
Nəbz yox, gec, baş-daş
İstəmirəm!
[Nəqərat]
“İs” - istiqamətim fərqli
“Tə” - tərki-dünya qara dərviş
“Mir” - miras qaldı mənə keçmişim
“Əm” - əmrimə sadiqəm
“İs” - istiqamətim fərqli
“Tə” - tərki-dünya qara dərviş
“Mir” - miras qaldı mənə keçmişim
“Əm” - əmrimə sadiqəm
“İs” - istiqamətim fərqli
“Tə” - tərki-dünya qara dərviş
“Mir” - miras qaldı mənə keçmişim
“Əm” - əmrimə sadiqəm
“İs” - istiqamətim fərqli
“Tə” - tərki-dünya qara dərviş
“Mir” - miras qaldı mənə keçmişim
“Əm” - əmrimə sadiqəm