Qaraqan
Leykemiya
[Verse 1]
Qaranlıq gecələrdə susur yiyəsiz köpəklər
Haradasa, kiçik mənzillərdə döyünür ürəklər
Hansısa stalinkada baxır gözlər düz tavana
Səhərin xronikası, çaxılıb beynə tapança
Hansısa küçələrdə boyanır al rəngə asfalt
Kimsə kişi kimi dözür, çoxusu çıxır arvad
Dırnaq, cırmaq, qolda qolbaq, axmaq
Sonda içki, yataq, bu qızı bağlı otaqda
Kimsə iyrənir dəri rəngindən, dözür pula görə
Və kimsə ağlayır gecə məsciddə baxışlar göyə
Və kimsə axtarır zaman divarında çatlar
Axmaq, zaman bu oyunda heç vaxt qalmır dalda
Bu amansız dalğa, dənizdən qisas almaq
Oğlunu yada salmaq, meyid əvəzi qəbirdə torpaq
Qorxaq, gəl üzək dərinə, yapış əlimdən
Bağışla, yox, qayıt, orada nəfəs alma dərindən
Qaranlıq gecələrdə susur yiyəsiz köpəklər
Hardasa, kiçik mənzillərdə döyünür ürəklər
Hansısa stalinkada baxır gözlər düz tavana
Qəzetdə kiçik xəbər, çaxılıb beynə tapança
Bakının laxtalanır yaraları və xronikası
Görəsən, arxivində neçə meyid qalıb yiyəsiz?
Görəsən, hansı keçmiş dostlar bizi yada salır?
Və neçəmiz bu dünyadan köçəcək fatihəsiz?
[Chorus]
Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırır
Svetofor dəyişir rəngin, polislər sərt baxışlı
Hakimlər vurur çəkic, əsgərlər olur şəhid
Şairlər yazır şeir, məndə isə leykemiya (2x)

[Verse 2]
Qış, payız, şəhərin sürətinə tab gətirmədim
Və hər növbəti addım yaralarıma səpir qəmi
Düzəlmir heç kəs - bu öyrəndiyim ilk dərs
Göydəki dəli rəssamlar bax necə çəkir səni
Tətik mənim son dostum və köməyim
Bakıdan business classla cəhənnəmə ürəyim
Mən dözmədim, mən dözə bilmədim
Ümid dayanacaqlarında xoşbəxtlik qatarını nə qədər gözlədim
O gəlmədi...
Və köhnə stalinkada kərpic divarlar
Bir neçə saniyə sonra qonşuları yuxudan oyadar
Bir neçə saat sonra polislər və boz paqonlar
Bir neçə həftə sonra baş xəbər arxivdə solar
Bir nəfər çox, bir nəfər az - əhali sayı dəyişmir
Bir nəfər var, bir nəfər yox - bu sadəcə statistika
Bir nəfər lal, bir nəfər kor, bir nəfər ac, bir nəfər tox
Bir intihar, bir istintaq, və yaddaşından poz
Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklər
Qapısı bağlı mənzillərdə can verir ürəklər
Dahilər məhv olur zamanla, sovrulur küləklə
Dahilər məhv olur zamanla, sovrulur küləklə
Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklər
Çənədən soyuq güllə, tavanda qanlı çiçəklər
Bir neçə saniyə ölümün gecikdikcə addımları
Sonuncu təbəssümlə yadına salır yaxınları
[Chorus]
Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırır
Svetofor dəyişir rəngin, polislər sərt baxışlı
Hakimlər vurur çəkic, əsgərlər olur şəhid
Şairlər yazır şeir, məndə isə leykemiya (2x)