Salam, Tanrı, neçə vaxtır buralara gəlmirəm mən
Bilmirəm haradan başlıyım helə başlıyacam əvvəldən
O tər-təmiz illərdən nə vaxt ki qəlbim günahsız
Ən yaxın dostlarımla bu məscidə gəlirdim mən
Zəif və gücsüz dizlər çökərkən dualarda
Qıldığım hər namaz çəkdiyim hər səcdə yadımda
Yadımda səni görmək arzular və dərin hisslər
Mən onda dəqiq bilirdim ki, kimi yaxşılar kimdi pislər
Uca Allah indi hisslərimdə məftillər və qan
Mənim içimdə indi dustaq yatır yaxşı insan
Güzgüdən baxan adamda deyil artıq mənim əksim
Titrəyən dizlərim günahlarıma bağırır təslim
Səndən də gəlmədikcə səs ya mən eşitmədikcə
Daşlandıqca ruhum vicdanım iradəmi əzdikcə
Hər əsdikcə payiz küləkləri gəldikcə əzan
Tüklərim biz-biz durur dözmək çətin demək asan
Kimlərə çevirdi zaman və bu acı üsyanlar
Sən demə doluymuş çirkabla həyat çirkab insanlar
Sən demə doluymuş yalan ətrafım nifrətlə
Yaxınlarım gözlüyürmüş yıxılmağımı həsrətlə
Belimi sındırsalarda kəssələrdə əllərim
Ancaq sənin qarşında çökəcək mənim dizlərim
Və rəng-bə-rəng adamların üstünü örtükcə qar
Baxıram ətrafıma səndən başqa de kimim var
Uca Allah, göndər səmadan mələk qurtar məni
Bu bədən ruhuma zindan sağlıyır dustaq məni
Burax məni mən artıq öyrəndim gəzməyi Allah
Və nə vaxt yıxılsamda biləcəmki, günah mənim, sınaq mənim
Mən özüm dözməliyəm bunlara Tanrı sınaq mənim
Mən özüm tanımalıyam insanları
Vicdanların taparaq dərinlərdə hardasa icdə
Mən bilirəm çirlki qəlblərində hər bir Mələk gizlər
Ay Allah, keç günahımdan mənim valideynlərimin
Bağışla yaxınlarımı, dostlarımı, bağışla məni
Bağışla millətimi və bağışla bu avam xalqı
Onlar bilmir neyniyir qulaqları kor gözlər baqlı
Və əyər çıxacaqsa içlərindən bircə insan
Bircə insan anlasa ki, icində var təmiz vicdan
Cəmi bir nəfər ürəkdən inanacaqsa sənə
Mən biləcəyəm ki, ölmüyüb, sağdı Azərbaycanda İslam...