Qaraqan
Aç Balaca Qanadlarını
[Bənd 1]
İçimdəki səsi dinləmədən
Gedək mi buralardan dayanmadan, gözləmədən?!
Arxaya çönmədən
Verdiklərini istəmədən qapını bağlamaq
Və gizlətmək ruhunu onlardan
Onlara dönmədən...
Gülümsəmək hirslənmədən
Heç kimə güvənmədən
Qucaqlamaq həyatı, ucalmaq heykəltək ölmədən
Gözyaşlarını gizləmədən, döyüşmək özünə qarşı
İrəli, savaşa gir!
Qorxma, ağrılara dözər bədən
Mələklərini sevmədən, şeytanını pisləmədən
İzləmədən sev sən onu, qarşılığını gözləmədən
Hisslər hədər, nə qədər bizli çəpər, hündür hasar
Dərini kəsər, qanını içər, amma yenə bacarar, qaçar
Heçkəsi dinləmədən
Gedəkmi buralardan dayanmadan, gözləmədən?!
Arxaya çönmədən
Verdiklərini istəmədən qapını bağlamaq
Və gizlətmək ruhunu onlardan
Onlara dönmədən...
[Nəqərət]
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
[Bənd 2]
Dua etmək inanmadan
Sevmək bağlanmadan
Ata bilmək hərkəsi vaxtında, hətta olsa doğman
Dilənmədən, varlanmadan, xoşbəxtlik axtarmadan
Səni dinləyərlər əsrlərlə bir söz anlamadan
Arada pərdə saxlamadan açaraq bütün səhvləri
Bağırmaq həqiqəti buraxmadan heç bir hərflərin
Balaca qanadlarını aç, uç və unut hərkəsi
Balaca qanadlarını aç, uç və unut hərkəsi
Sabahına saxlamadan xərcləmək irəli baxmadan
Xərcləmək sevgidən və ümiddən içini tapmadan
Düşünmədən və qorxmadan
Körpünün davamı olmadan
Hər addımında havada qalmaq aşağı baxmadan
Güvənmədən və tanımadan Tanrıdan başqa dost
Adımı yaz ya qızıl hərflərlə, ya da ki, tamam poz
Qorxulu hisslər və fikirlər bataqlığında boğul
Ya da ki üz, qap və çabala, dart və yaxala, bacar, döz
Bu elə dərin quyu ki, ancaq çıxa bilərsən özün
Həyatın elə bir anı yox məsləhət, dost ya çözüm
Həyatın elə bir yolu ki, yox işarə, yoxdur başa salan
Çünki sənsən birinci, çünki sənsən ilk bu yolu salan
[Nəqərət]
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç, aç balaca qanadlarını
Aç, aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını
Aç balaca qanadlarını