Qaraqan
Güzgü
[Verse: 1]

“Güzgüdə ki, adamla səmimi ol” dedi içimdən gələn səs
İllər sonra ilk dəfə gözlərimə baxdım
Ya çoxdan möhkəmdi taxtın, ya da gətirir bəxtim
Bu qədər il keçib, amma ilk dinləyicim məni atmır
Qızıl suyuna çəkilmiş salamlar şəhərindən
Qız Qalası altında zorlananlar şəhərindən
Mən nə qədər yazdım yağışdan, sevgidən utanmadım
Gizlədib içimi yeyən sətirləri qələmimdən
Güzgüdə ki, adamla səmimi ol
Dedim xalqa; birləşək. Dedilər; sən Nəsimi ol
Sənin edam gününə yığaraq ağlıyarıq, gətirərik qərənfil
Sonra daşdan düzəldib səni altına yazarıq “DAHİ”
Güzgüdə ki, adamdan səmimi oldun bu oyun başladı və bitdi mənlə, bitdi show
Durmuşam güzgüdə ki, adamla üzbəüz və artıq əminəm
Mənə pencəklə daha rahatdı, amma yaraşır kapüşon

[Chorus]
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün, axı o qəhrəmandı. Yox!
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün. Yox!
[Verse: 2]

Məni çağırdılar; Allahsız və dedilər; Peyğəmbər
Xalqın gözündən salmaq üçün uydurub yüz cür şayə
Və düşmən səngərinə keçdi ən yaxın əsgərlər
Leykemiya albom deyildi, dərin yaralarıma çarə
Mənim üçün darıxırdı qələm
Qələmim üçün mikrofon
Mikrafon üçün səhnə, səhnə üçün darıxırdı millət
Mən danışırdım yalanlar, qışqırırdı;
“İnanmıyın! İnanmıyın!” içimdə ki, zindandan dəli həqiqət
Çəkilmiş çarmıxa və sürgün olunmuş qəhrəman
Mən bilirəm nədi bir qurtum suyun dəyəri səhrəda
Qəlbinə kimi çirklə dolu cəmiyyət görmür heçnə
Məni satın almaq istədilər, amma qiymətim gəldi baha
Güzgüdə ki, adamla səmimi ol
O tanıyır səni uşaqlığından və bilir nə var içində
Qəzəblə doludu için, doludu kinlə, dolu yarayla
Qanla qəlbim, ruhum əbədi, döyüşlərdə mələklər, cinlər

[Chorus]
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar mənasız
Güya o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün
Axı o qəhrəmandı, güya o qəhrəmandı
[Verse: 3]

Mən qayıdıram evə. Anacan, soruşma; Hardan?
Necə getmişdim, elə gəlirəm, dəyişmiyib heçnə
Hansı qan, hansı yaralar? Bunlar sadəcə cızıq
Əl vurma, narahat olma, boş verək, sağalar keçər
Mən qayıdıram evə və gətirdim bir həqiqət
İstər, bağır dünyaya, istər, sus hər kəsdən gizlət
Uzun çəkdi bu həsrət, itirilmiş vaxt üçün üzgünəm
Amma yavaş-yavaş başlayıram görməyə özümü güzgüdə

[Chorus]

Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar mənasız yuxudan oyatmaq üçün
Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün
Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün