Qaraqan
Bakı Gözəl Şəhər
[Verse 1]
Dünya və fəlsəfə lazım deyil bu millət lokal
Bir iki toy mahnısı bir iki şans son voka
Və səni tərifləyəcəklər, bir gün sonra elə çırpacağlarki yerə səni Düşəcəksən şoka!
Bəsdi yazdın Oka, bəsdi yazdın RG!
Nə Cəlil xilas elədi milləti nə Ser-G
Nə mən dəyişirəm nə dəyişə bilir Flametower
Eşşəkdən təzə düşüblər nə bilirlər nə Kentavr
Elə bilirdim Qaraqan zülmət gecədə fosfor
Sən demə mən tikirmişəm balaca kənddə Oksford
Sən demə mən Bisutunu yaran əqidəli Fərhad
Bizim “Şirinlərə” isə lazım Vəzifəli “Xosrov”
Yox mən ağlamıram, prosta vətəni istiyirəm
Görmək yüksəklərdə və bu deyil “AzərKosmos”
Bu deyil ən hündür bina və ən böyük bayraq
Gəlin köhnə Bakını qaytaraq!

[Chorus]
Bakı gözəl şəhər mehriban diyar
Uğrunda boy atıb oldum bəxtiyar
Səndə uşaqlığımın xatirələri var
Amma xatirə dəftərlərini tullayıram mən (2x)

[Verse 2]
İsti qanlı vazini əvəz elədi soyuq mərmər
Sistem doğrayır milləti sanki bərbər
Bağlı pərdələr, şəhər bölünüb iki yerə
Kasıbın çiyindən göydələnlər tikirlər
Səsyazma, mikrofon, əzilmiş kağız, lyrics
Anam istəyirdi olum həkim, atam fizik
Mənsə missiya axtarışlarında hələ də
Və böyüyərdim böyüklərin görsəydim bir xeyirli işin
İti dişin, amma qollarında var zəncir
Nə qədər həqiqəti bağırsamda kardı dinləyicim!
Belədəki mahnılar xilas elməyəcək
Sadəcə arada püskürür və titrəyir içim
Belə vaxtlarda çıxıram gəzməyə şəhəri
Bakı əlvida gözəl şəhər gedirəm əbədi
Sənin bahalı mərmərinə yaraşmıram mən
Mən qara camaatdanam, sən artıq Vice city!
[Chorus]
Bakı gözəl şəhər mehriban diyar
Uğrunda boy atıb oldum bəxtiyar
Səndə uşaqlığımın xatirələri var
Amma xatirə dəftərlərini tullayırm mən (2x)