Qaraqan
Xocalı
[Bənd 1]
Şəhərdən uzaqda yaşıl yamacalar
Ucqar kənd gördüm yuxuda
Utancaq addımlarla daşıyırdı su qızlar
Toxunurdu qızılgüllərə dizlər
Oxuyur quşlar, dalğalanır arx
Gülür kənd uşaqları, meyvələr və bağ
İşıq saçırdı gözlərə adamlar
Öpdüm əllərindən ağ birçək anaların
Yığışıb nahar süfrəsində duz-çörək
Bu cənnət, bu ailə, bu gülərüz xalq
Hamı bir yerdə, cavanlı, qocalı
Və bu gözəl kəndin adı Xocalı...

[Nəqərat]
Göydən axdı güllələr
Yerdə bitdi çiçəklər
İnsanlar ölürdü sanki
Tökülürdü ləçəklər

[Bənd 2]
Göydən axdı güllələr
Vaxtsız qoyulan nöqtələr
Mələk tək gözəl
Təmiz qızların
Bədənlərində qanlı yaralar
Və boyanırdı qırmızıya arxlar
Dünənki gülüşləri
Bu gün örtüb qar
Qanlı torpağa qarışıb duz-çörəklər
Ata ilə oğulu bir ağacdan asdılar
Aman Allah bu yaraları sarımaq
Necə çətindi
Susaraq anlamaq
Neçə gəlinin bəyaz libasını
Geyinilməmiş torpağla qapamaq
[Nəqərat]
Göydən axdı güllələr
Yerdə bitdi çiçəklər
İnsanlar ölürdü sanki
Tökülürdü ləçəklər (x2)