Qaraqan
Bəyaz Duman
Gözüm açılandan bəri gopun dadı
Deyil uyğun tamıma, tamaşa hamı oyundadı
Nənəsinin donundadı, yaxşı qırxır canavarlar yunu
Qoyuna soyuqdu, günah qoyundadı

Sənin qızıl zəncirlərin boynundadı
Faizsizdi sənə zindanın gecəsi
Qulun adı nədi, yüklə belinə arzusun
Ata torundadı hörümçəyin, oğul maldı çünki dilindədi otun dadı

Eyni durumdadı yeni nəsil
Mənə deyirlər ki, burnunun ucundan o tərəfi görmür
Ağlı burnundadı, yarısının ağlı dalındadı
Ulduz falındadı, gələcəyi puç, dolu dünəni yalan

Nə qədər ki, gözün bağlı səni dartacaqlar
Hara istəsələr gedəcəksən, pulu qurumların
Quru qorxuların, qolundakı sarğıların
Saxta qorxduqların müqəvvadı - içləri dolu saman

Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər
Sakinləri yarı mələk, yarı cinlər
Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr
Bəyaz duman çökər, şəhər gözdən itər

Bəyaz duman yayıldıqca şəhər quyudadı
Yeni nəsil ölür yavaş sanki balıq qurudadı
Kimdi gözün yuman hansı qutularda gəlir
Gecələr kim növbə çəkən sərhəddə, nə onun adı?
Mənə söylə gənclər istər ola avam
Kimin, hansı Geohörümçəyin planındadı, torundadı?
Mikrafonundadı böyük qardaşın qayıdıb
Göstər kim xətrinə dəyib, hansı məhəllənin qoduqları

Bilmirəm nə onun dadı, mənə şeiri yazdıran
Deyil tüstü, yazdıran alovdu, alov ruhumdadı
Alov ruhundadı sənin də, bizim eyni ruhumuz
Səni aldadıblar deyiblər ki, yoxdu adın

Sən heç kəssən, lazım deyilsən heç kəsə
Çək içinə tozu, təkcə xoşbəxtliyin iynə sonundadı
Xarici ya daxili düşməndi, bilmirəm
Amma gözə görünməz müharibənin dəsti-xəttindədi, tonundadı

Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər
Sakinləri yarı mələk, yarı cinlər
Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr
Bəyaz duman çökər, şəhər gözdən itər

Qorxma yapış əlimdən
Səni çıxarım içindən, cəhənnəmin tam dibindən
Səni qurtarım dərddən

Qorxma yapış əlimdən
Səni çıxarım içindən cəhənnəmin tam dibindən
Sən tək deyilsən, biz dəstə
Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər
Sakinləri yarı mələk, yarı cinlər
Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr
Bəyaz duman çökər, şəhər gözdən itər