Qaraqan
Sonuncu Aşırım
Məni öldürə bilməzsiz
Geri döndərə bilməzsiz
Mənim atəşim yandırır aləmi, məni daha söndürə bilməzsiz
Kinsiz bir də nifrətsiz, döyüşüm sufinin rəqsinə bənzər
İncə kəsər həqiqətimin cidası yalanın boynuna xəncər
Məni görməməzliydən gələ bilərsiz ama görməyə biləzsiz
Necə dəbilqəsiz çarpar sinəmə və yerə tökülər güllələr
Uzaqda bir yol var o yol mənim yolumdu, daşlı qala, çınqıllı dərə
Hürkmə Qır atım, gözəlim büdrəmə, gözəlim büdrəmə

Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım

Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım

Daha yox deyə bilməzsiz, həqiqətə ac olana
Uzan yat deyə bilməzsiz, oyanıb gözləri açılana
Yağı üzərimə qaçır aman, ataraq közərən daşı sapand
Məni dəyə bilməz dəyən insanlara mən artıq ruhi-zaman

Özüm özümü öldürdüm 7 il əvvəl məni daha öldürə bilməzsiz
Özüm özümü atdım sürgünlərə məni sürgünə göndərə bilməzis
Özüm özümü sildim tarixdən məni qadağan edə bilməzsiz
Sıx dişini, Qır atım, biz cumarıq hücuma dəvətsiz
Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım

Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım

Mənim cümlələrim bağlıdı dəfinəm doludu sir ilə
Əlbəyaxada qocalmaz ilanla dərisin parçalaram tədbir ilə
Mənə atılan şeşpərlər keçər içimnən öldüm ama diriyəm
Mən bir səsəm, partlamış təyyarəyəm qara qutunun dibiyəm

Məni satın ala bilməzsiz, yox gözüm bu dünyada
Qorxuda bilməzsiz, bilirəm yuxuda röyada
Hamımız xülyada, büs bütün dünya gözümüzə pərdə
Qır atım qorxma, Qır atım addımla, Qır atım irəlilə

Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım

Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım
Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım

Gözümün İşığı, evimin yaraşığı
Yığ qoluna gücünü, sıx dişini
Bu sonuncu aşırım