Qaraqan
Cinayət və cəza
[ Verse 1 ]
Axı ona deməmişdilər ki bu gün evdə başqa adamlar olacaq
Həmişəki kimi səliqəsiz , otaq törtöküntü
Beynində ölçüb biçir, dünənndən çəkir, içir
İndi o oxşuyurdu özünü güldürmək istəyən klouna
Otaqda bir,iki,üç tanımadığı adam dört,beş!
Saatın qırağına tikilib baxış bəlkə tapılıb leş?
Beləcə fikirlər sinirlərini gəmirdikcə
Qonaqlar çay süzürdü bacısı stəkan gətirdikcə
Pəncərədən çöldə rəqs edir yanvar küləyi
Zərif sükutu pozdu azca səssiz öskürəyi
Otaqdan çıxa bilmir stress,şüphe,oyun, yalan,bic baxışlar,krizis
Necə tapdılar? Plintus içəridə tərpənir atasının addımlarından
Tarixin rekviemı.Skripkada çalır iblis, gəlin onu dinliyək
Ekranda Orxan Fikrətoğlu , babası divan sakitcə
Bu evdə baş verənlər çoxdan deyil o kaftarın vecinə!
Bəlkədə xasiyyətdə atasından çoxu ona çəkir
Kiçik qardaşı bütün otaqdakıları telefona çəkir
Hər şey senariyə uyğun, maskalar tərpənmir
Deyəsən hələ he kəs heç nədən şüphələnmir

[ Chorus ]
Zaman donub . Onun gözləri gizlədir içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş sil
Zaman donub . Onun gözləri gizlədir içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş sil
[ Verse 2 ]
Bacısı bir ildi gözlüyür gizlincə bu axşamı
Axır ki gəldi elçiləri sevgilisi Kamranın
Qızcığaz qanadlarınr, 21 yaşlı mələk
Əlləri əsir utancaq necə döyünür ürək
Anası baxır qadınların taxdığı qızıllara
Atası sorğu sual.Necə oğlandı?Nə işdiyir? Harda?
Qonaqlar gülərüz atası razılıq verəndə birdən
Qardaş qalxır, donur süküt qorxu qorxu !
Onların xəbəri yoxdu dünənki hadisədən
Bütün kadrlar beynində qarışıq hafizədən
Yarı içkili, yarı ayıq, yuxu, pozulmuş əsəblər
Yadında bıçaq! Bıçaq! Qan tökülür cırılmış böyrəkdən!
Bacısını evə ötürən o oğlanın yazıq baxışları
İndi onun meydi yaxınlıqdakı kanalizasiyadadı
Xəbərsiz valideyinlər, ölmüş oğlun elçiləri
Axı o nə biləydi ki , bacısı belə xoşbəxtdi...

[ Chorus ]
Zaman donub . Onun gözləri gizlədir içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş silməmiş sil
Zaman donub . Onun gözləri gizlədir içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş silməmiş sil