🔥 Earn $600 – $2700+ Monthly with Private IPTV Access! 🔥

Our affiliates are making steady income every month:
IptvUSA – $2,619 • PPVKing – $1,940 • MonkeyTV – $1,325 • JackTV – $870 • Aaron5 – $618

💵 30% Commission + 5% Recurring Revenue on every referral!

👉 Join the Affiliate Program Now
PUBLIC
Eşq
Sözləri:
Neynədisə, yar elədi
Mən nə biləydim, nədir eşq!?
Parə, parə, parələdi
Qəlbimi gör neynədi eşq!?

Eşq elə bir qüvvədir ki
Eşq elə həngamədir ki
Eşqə düşənlər dediki
Bu sən düşən eşq nədir ki!? Eh...

Amma bu dəfə istədim
Ayrı bir aləm hiss edim
Olmuya başqa məqsədim
Deyim, gülüm və rəqs edim hey

Eşq adın yazıb nələrə!?
Tarixə, əfsanələrə
Qəmli, qəmli nəğmələrə
Dərdli, dərdli kəlmələr...

Eşq elə bir nəğmədir ki
Eşq elə bir kəlmədir ki
Eşqə düşənlər dediki
Bu sən düşən eşq nədir ki!? Eh...