Aygün Kazımova
Sən Artıq Mənimsən
Səhərim açılır bugün səninlə
Yatmısan baxıram o sakit üzünə
Kim bilir sən indi yuxunda nələr gördün
Nələri yaşadın, hiss etdin və güldün

Mən artıq səninəm
Kimsənin deyiləm
İndi və sonra da
Mən sənin tək sevginəm

Dünyada ən gözəl ətir sənindir
Duyuram, doymuram bu hiss gözəldir
Kim bilir daha nə görəcək bu qəlbim
Yenə də sevəcək tək səni, sevgilim

Sən artıq mənimsən
Kimsənin deyilsən
İndi və sonra da
Sən mənim sevgimsən...