Sevgi məni yıxa-yıxa, sıxa-sıxa eylədi sürgün
Yaşamağım bu halıma baxa-baxa deyildi bir gün
Tikanların arasından sırasından çıxa-çıxa bir gün
Laləzarda güllər arasında batmaq olarmış
Nə yaxşı ki, səbr etdim, arzuma yetdim
Sevgilimin o xoş səsini duydum eşitdim
Bu dünya nə böyük dünyadır, Allah
Əl çatmaq arzuya çatmaq olarmış
Göz yumub həyatın dərdi-sərinə
Şirin yuxularda yatmaq olarmış