Aygün Kazımova
Qarabağı Gözəl Gördüm
Bağları dolu bar gördüm
Dağları bəyaz qar gördüm
Qarabağda çinar gördüm
Kökü Türkün torpağında
Bu dağları göyə dəyər
Kökü Türkün torpağında
Bu dağları göyə dəyər
Suyundan içdim dirildim
Otundan biçdim dirildim
Suyundan içdim dirildim
Otundan biçdim dirildim
Bir duvağlı gəlin bildim
Şuşanı duman içində
Təzədən sevməyə dəyər
Şuşanı duman içində
Təzədən sevməyə dəyər
Halal qoçaq bir el gördüm
Qəlbi xarı-bülbül gördüm
Qarabağı gözəl gördüm
Yaman gözdən qorumağa
Qədrini bilməyə dəyər
Yaman gözdən qorumağa
Qədrini bilməyə dəyər
Əzizdir torpağı, daşı
Dünyadan qədimdir yaşı
Xankəndində keçir qışı
Yayda çıxsan Topxanaya
Bilirsənmi nəyə dəyər
Yayda çıxsan Topxanaya
Bilirsənmi nəyə dəyər
Bir tarix var hər izində
Min hikmət var bir sözündə
Bir tarix var hər izində
Min hikmət var bir sözündə
Dayanıb Cıdır düzündə
Tanrı ilə dərdləşməyə
Ağlayıb gülməyə dəyər
Tanrı ilə dərdləşməyə
Ağlayıb gülməyə dəyər
Min rəng çalan yarpaq gördüm
Muğam deyən bulaq gördüm
Qarabağda torpaq gördüm
Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər
Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər
Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər
Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər
Muğam (Mugham)