Aygün Kazımova
Günah (Extended Version)
Bir baxışdan zülmətlərə nur boyanar
Oyanar qəlblərdən ən gizli, sirli duyğularımız
Hər görüşdən ürəklərdə bir xatirə iz salar
Kövrələr həsrətli gözlər, tənha gecələr

Ondan mənə hər dəfə yazılan son sevgi məktubunda
Oxuyub gözlər ağlar yenə əlvida
Toxunub dəyib əllər özgə birinə
Kimi əzizləyib o mənim yerimə?

Mən yox, bu yolu o seçdi
Bu dəfə o çox, amma çox gecikdi
Özü günahkar qürura yenildi
Özü günahkar yalanı sevirdi

Ən çox o belə deyirdi
Güya ki mən yox, o məni sevirdi
Yalana bax...
Amma günah bu, elə günah

Bir baxışdan zülmətlərə nur boyanar
Oyanar qəlblərdən ən gizli, sirli duyğularımız
Hər görüşdən ürəklərdə bir xatirə iz salar
Kövrələr həsrətli gözlər, tənha gecələr

Mən yox, bu yolu o seçdi
Bu dəfə o çox, amma çox gecikdi
Özü günahkar qürura yenildi
Özü günahkar yalanı sevirdi
Ən çox o belə deyirdi
Güya ki mən yox, o məni sevirdi
Yalana bax...
Amma günah bu, elə günah