Puzzle
Irrevérsible
Son hissə:
Puzzle'ı yaratmışdı, tənlikdən yorulan
Təkliyə səbr et, tənliyi həll et, dərindən inan
Görüb, bilib, yenə saxladımsa həllini mən YOLa
Onda, sondan əvvələ, sonra əvvəldən sona

Üçüncü hissə:
İnsan dəyişə bilər
Buna inanmırsansa tərk elə tez buranı
Tələsgən həyat tərzi mənə öyrətdi qaçmağı
Dərk elədim yubanıb
Həll - bu anı könüldən hiss edib, tutub, yaşaya bilməkdi
Fərq: dinc olub, yaşlana bilməkdi
Heç nə tükənmir, sərf elə tez duanı
Gəl, bu anı məhv eləmə sən
Pəncərə açıq, zehnimlə eyni
Mən də səsimlə dəyişdim aura'nı
YOLsuz duaları zəhmimdən əyilir
Daha gəl, danışma sabahdan mənə
Bu Güc düşməyibdi havadan mənə
Üst-üstdə ruh halı, üstdəlik bu halı
Yaradıb bahalı, yaradan mənə
Taptatap mənə zəng gəlir yenə
"Ratatat" yenə beat qoyub elə bil
Taktatak sənə vururam zərbə
Sənə də fuck yenə
O, iti olub elə bil
Bir tək bunu sənə bil (ki), deyibdi Puzzle
Deyibdi: Əlindən bir iş gəlmir
Çıxışlar da burda girişdəndi
Çıx, get, işin-gücün ilişməkdi
Amma, dayanmırsan dalında
İlişmək, üz-üzə görüşmək üçündü
Gora aparmırsan
Yadında saxla ki, istedad bölüşmək üçündü
İllərdi ona görə bölüşdüm
Bölüşdüm, monster'a "dönüşdüm"
KorYOLÇU ilə, Puzzle ilə görüşdüm
"Əla olacaq geri dönüşüm" demişdim!..
Demişdim!..
İkinci hissə:
Yazıram zamanı bükərək
Sükanı ürkəyə vermirəm;
YOL'a davam!
YOLÇU'nu öldürüb, Puzzle'ı yaradan zamanı anlayan olur avam
Əliyə sataşan olarsa, Puzzle gedib ona zəhəri sözlə verər
Çünki, mən Güclü'yəm!
Qisası yavaş-yavaş alıb, zəfəri gözləyirəm
Zamanın içindən keçirəm
Keçmişə aparır mövzunun qəlizliyi
Yaz: 23 ildən keçirəm
Puzzle yazanda, O'nu söz oyunu əzizləyir
Əl tutmaq Əlidən qalıb
Ağıl mənə dəlidən qalıb. (Yeah, boi!)
Nəfəsi o, dərindən alıb
Qəfəs sənə Əlidən qalıb. (Yer yox!)
Biz bərabərik, əgər güc topdan toplanır, yalanlar vurulursa
Məsafəni aşa bilirsən, amma aşanda aşırsan, vurulursan
Vurulanda aşırsan
Nə, tutulub barışırsan? (Fu blyat!)
Kurugunda aşığsan
Bura çoxdan daraşıbsan? (Dur, blyat!)
Əlimdən su içib, deyir ki:
"Əlidən gözüm heç su içmir, deyəsən bu, İlk'di."
Əsası Dünyəvi şeylər deyil, bro, əsas olan bilikdi!
Həqiqət sınıb, çilik-çilikdi
Onlara əsas klik-klik'di
İstedat kölgədə qalmaz heç vaxt!
Bu AzRAP üçün bir İlk'di..
Zamanın axını gücü yenə verib Puzzle'a
Güc nədi bilməyən insan, özünü rəqib sanır Puzzle'a?
Hansı ki, deyə bilmir bir verse'ü bu
Sondan əvvələ - irrevérsible...
İlk hissə:
Mənə yenə qalan dəqiqlik və düz olan YOLdu
Düz olan demir heç vaxt:
"Bəs, deyirdin düzələr, noldu?"
Doğrunun uğrunda savaşdıqca payım nizələr oldu
YOLunda düz olan YOLÇU demədi: "100" hələ dolmur
Şarjı full edib, dedim:
"Davay, mənə beat verin, tez!"
Rap oyunu Puzzle'ı tamamladıqca, sən hirslənib, bez
Pişiyini ağaca dırmaşdırsam, olar itlərin lez
Keç, denən: Boş verin, heç
Cavab ver sadəcə
Denən, bro, pulu neyləyir Bill Geyts?
Vaxt getdi, daha mənimlə üz-üzəsən
Qaşınmısan, qarşındayam, deməli güzgü sənsən
Gör, gözün görmür, söy, gör sən nə gündəsən
Ser, söy sür get
Elə ona görə bu gündəsən
Toxunur əlim mənaya, gecələr çevriliş
Edəndə sən rap, sayılır geyri-ciddi iş
Marry, xeyli iş yığılıb, Puzzle ayıldıqca
Meyilim elm imiş, yarandı Puzzle yarandıqca
Pozitiv həyat yenə gəlib tapıb məni
Parazit daha yoxdu, yenə azadam!
Təzə tip fəsillər var: istidə soyuq
Amma, mən hazıram yenə Yaz'a tam:
Peace-Man!