Yuxu
Məni Sənsən Düşündürən
[Bənd 1]
Çiçək açan arzuların
Tükənməyən xəzinədir
Adın ana, özün qadın
Laylay şirin bir nəğmədir
Müqəddəssən, əziz qadın
Eşqin dəniztək uludur
Qəlbimdəki həyəcanın
Ömrünə coşqun bir suyudur
[Nəqarət]
Laylay dedi, tökdü-yaxdı
Qəlbi qara zülmətləri
Böyütdüyü mərd övladı
Fəth eyləyər zirvələri
[Bənd 2]
Görəndə mən gözlərini
Qanad açdım il bəriyə
Dinlədikcə sözlərini
Coşdu gəldim, döndü selə
Hər an sənə min ehtiram
Bəsləyirəm qəlbimdə mən
Bu dünyada təki varam
Məni sənsən düşündürən
[Nəqarət]
Laylay dedi, tökdü-yaxdı
Qəlbi qara zülmətləri
Böyütdüyü mərd övladı
Fəth eyləyər zirvələri
[Nəqarət]
Laylay dedi, tökdü-yaxdı
Qəlbi qara zülmətləri
Böyütdüyü mərd övladı
Fəth eyləyər zirvələri