Yuxu
Üzbəüz
Durmuşam mən səninlə üzbəüz
Varsa sözün, denən mənim üzümə
Çoxdur dünyada sənin kimi murdar üz
Axır keçdin bu gün mənim əlimə

Sayanın mən quluyam, saymayanın ağası
Pisəm, ya da yaxşıyam, sənə bunun nə faydası? (oo-oh)
Sayanın mən quluyam, saymayanın ağası
Pisəm, ya da yaxşıyam, sənə bunun nə faydası? (oo-oh)

Toxunma mənə, toxunmaram mən sənə
Tanımaq mən istəmirəm səni
Nifrət, lənət edirəm mən sənə