[Bənd]
Görün necədir bizim günümüz
Nə gecəmiz var, nə gündüzümüz
Səbri tükənib mərd cavanların
Gedir düşmən üstünə əlləri yalın
Eşit, ey düşmən!
Səhərin sübhünə günəş gülümsər
Otların üstünü şehdən tər alar
Güllə səsində körpə iməkləyər
Görün ağ günümüz necə qaralır
Eşit, ey düşmən!
Aç qulağını, eşit, ey düşmən
Yatmış pələngi oyatmısan sən
Qalmısan nəhəng pəncə altında
Diz çök şəhidlərə torpaq altında
Diz çök, ey düşmən!