Yap10
Yanaq Torpağı
[Bənd 1]
Yanaq torpağına düşər hər gecə yağış damlası
Olanlar zəhərli oxa çevrilib qəlbimi sancmasın
Mən də bir insan
Məndəmi nöqsan?
Məndə ki, bir saf
Varmı səndəmi insaf?

[Nəqərat]
Nağılmış, ağırmış
Mən oldum yanılmış
Mənlə alınmayan sevgi başqa birisi ilə zamanla alınmış

Mən qaldım tək
Hər addım sən
Bərbad bir bəxt
Bildim səhv addım nə?

[Bənd 2]
Ona deyin ki, mən o mən deyiləm, yox heç nəyin duzu
Ona deyin, nə səhərləri sevirəm, nə gecələr ulduzu

Yanaq torpağına düşər hər gecə yağış damlası
Olanlar zəhərli oxa çevrilib qəlbimi sancmasın
Mən də bir insan
Məndəmi nöqsan?
Məndə ki, bir saf
Varmı səndəmi insaf?
[Nəqərat]
Nağılmış, ağırmış
Mən oldum yanılmış
Mənlə alınmayan sevgi başqa birisi ilə zamanla alınmış

Mən qaldım tək
Hər addım sən
Bərbad bir bəxt
Bildim səhv addım nə?

[Sonluq]
Səbəbim çox
Ona görə darıxmaq üçün
Məsələn
Onu doyunca bağrıma bərk sıxmaq üçün