Yap10
Yerimi Verməz
[Bənd 1]
Bu mahnı nağıl kimi, biri yoxdur, biri var
Və sanma bu sənə yazılan bir ifa
Görürəm, sən tək qala bilmədin
Həyatında yeni biri var

[Nəqərat]
O mənim yerimi verməz
İkili gecələr, şirin öpüşün
Sərxoş gülüşün
Dilini bilməz mənim kimi
Pis anında əlini verməz

O mənim yerimi verməz
İkili gecələr, şirin öpüşün
Sərxoş gülüşün
Dilini bilməz mənim kimi
Pis anında əlini verməz

[Bənd 2]
Qalmışam özümlə tək bir iradəsi
Sərt əsir külək, otaq pərdəsi
İçi yaşla dolan çarəsiz göz ifadəsi
İndi qəlbin mənim kimi himayəsiz

Mənim təklikdən yazılan şeirim biri var
Və sanma bu sənə yazılan bir ifa
Görürəm, sən tək qala bilmədin
Həyatında yeni biri var
[Nəqərat]
O mənim yerimi verməz
İkili gecələr, şirin öpüşün
Sərxoş gülüşün
Dilini bilməz mənim kimi
Pis anında əlini verməz

O mənim yerimi verməz
İkili gecələr, şirin öpüşün
Sərxoş gülüşün
Dilini bilməz mənim kimi
Pis anında əlini verməz

[Bənd 3]
Günlərim kimi göy üzü qara
Qara bəxtim daha tünd olub bu ara
Qəlbə vurub yara, getdin hara?
Yanağı bal, gözü qıyıq, saçı qara

Qəlbdə bu əlamətlərdə olan biri var
Amma sanma bu sənə yazılan bir ifa
Görürəm, sən tək qala bilmədin...

[Nəqərat]
O mənim yerimi verməz
İkili gecələr, şirin öpüşün
Sərxoş gülüşün
Dilini bilməz mənim kimi
Pis anında əlini verməz
O mənim yerimi verməz
İkili gecələr, şirin öpüşün
Sərxoş gülüşün
Dilini bilməz mənim kimi
Pis anında əlini verməz