BTS
BTS - 작은 것들을 위한 시 (Boy With Luv) ft. Halsey (Azərbaycan Tərcümə)
[Intro]
(Oh-oh-oh-oh-oh)
(Oh-oh-oh-oh-oh)
(Oh-oh-oh-oh-oh)
(Oh-oh-oh-oh-oh)

[Kuplet 1: Jimin]
Hər şey mənə maraqlı gəlir, günün necə keçir?
Hey, de mənə
Nə səni xoşbəxt edir?
Hey, yaz mənə

[Kuplet 2: V, Jin]
Hər şəklini
Yastığımın yanına qoymaq istəyirəm, gözəlim
Gəl, müəllimim ol
Sənin haqqında hər şeyi öyrət mənə
Sənin 1-nin, sənin 2-in

[Nəqarətdən əvvəl: Jungkook, Jimin]
Qulaq as, balam, mən
Göylərdə uçuram
(Əvvəl mənə verdiyin iki qanadla)
İndi isə bura çox hündürdü
Səninlə göz-gözə gəlmək istəyirəm
Bəli, sən məni sevgi dolu bir oğlan edirsən
[Nəqarət: Halsey, Jungkook, Jimin]
Ax canım, canım, canım
Çox sürətlə yüksəklərə qaldırdın məni
Hər şeydə səninlə olmaq istəyirəm
Ax canım, canım, canım
Çox sürətlə uçurdun məni
İndi biraz başa düşürəm

[Nəqarətdən sonra: Halsey]
Sevgi heç də güclü deyil
Sevgi dolu bir oğlanla müqayisədə
Sevgi heç də güclü deyil
Sevgi dolu bir oğlanla müqayisədə

[Kuplet 3: Suga]
Səninlə tanış olduğum andan
Həyatım həmişə sən oldun
Bəsit olanları müstəsna edən bir ulduzsan
Ən kiçik şeydən tutmuş hər şey xüsusidir
Maraqlandığın şeylər, yerişin və ya danışığın
Və hər balaca vərdişin

[Kuplet 4: J-Hope, Jungkook]
Hər kəs deyir ki, əvvəllər çox kiçik olmuşam
Və indi bir qəhrəman oldum (Oh, xeyr)
Mən də deyirəm ki, tale kimi bir şey mənlik deyildi ki (Oh, xeyr)
Dünya əmin-amanlığı (Heç vaxt)
Möhtəşəm nizam-intizam (Heç vaxt)
Sadəcə səni qoruyacağam
(Sevgi dolu oğlan)
[Nəqarətdən əvvəl: V, RM, Jin]
Qulaq as, balam, mən
Göylərdə uçuram
(Əvvəl mənə verdiyin iki qanadla)
İndi isə bura çox hündürdü
Səninlə göz-gözə gəlmək istəyirəm
Bəli, sən məni sevgi dolu bir oğlan edirsən

[Nəqarət: Halsey, Jungkook, Jimin]
Ax canım, canım, canım
Çox sürətlə yüksəklərə qaldırdın məni
Hər şeydə səninlə olmaq istəyirəm
Ax canım, canım, canım
Çox sürətlə uçurdun məni
İndi biraz başa düşürəm

[Nəqarətdən sonra: V, Jin, Halsey]
Sevgi heç də güclü deyil
Sevgi dolu bir oğlanla müqayisədə
Sevgi heç də güclü deyil
Sevgi dolu bir oğlanla müqayisədə

[Keçid: RM, Halsey]
Çox dürüstcə deyəcəm
Bəzən birazcıq əziyyət olurdu
Yüksək göylər, geniş zallar
Bəzən qaçmağıma icazə ver deyə yalvarırdım
Amma sənin ağrın mənim ağrımdır
Bunu başa düşəndə özümə söz verdim
Mənə verdiyin İcarus qanadları ilə
Günəşə sarı deyil, sənə sarı
Qoy, uçum
[Nəqarət: Jungkook, V, Halsey]
Ax canım, canım, canım
Bütün həyatım boyunu bunu gözlədim
Hər şeydə səninlə olmaq istəyirəm
Ax canım, canım, canım
Düzgün olan bir şey axtarıram
İndi biraz başa düşürəm ki

[Nəqarətdən sonra: Jungkook, Jimin, Halsey]
Daha güclü bir şey istəyirəm
Bir andan, bir andan, sevgidən başqa
Sevgi heç də güclü deyil
Sevgi dolu bir oğlanla müqayisədə