BTS
BTS - Magic Shop (Azerbaijani Translation)
Tərəddüt etdiyini bilirəm
Çünki doğruları desən də
Sonda onlar sənə yara kimi qayıdacaq
"Güclü ol" kimi şeylər deməyəcəm
Sənə hekayəmi danışacam, sənə deyəcəm

Nə demişdim?
Qalib gələcəksiniz demişdim, elədir?
Buna inana bilmədim (həqiqətən)
Qalib gələ bilərdik?
Bir möcüzə olmayan bu möcüzə
Bunu biz mi etdik?
(Xeyr) Biz burada idik
Mənə doğru gələn sən idin
Qalaktikana inanıram
Melodiyana qulaq asmaq istəyirəm
Qalaktikan və ulduzlarınla səmanı necə bəzəyəcəksən?
Ümidsizliyim sonunda səni tapdım, bunu unutma
Sən uçurumun kənarında dayanan sonuncu səbəbimsən, yaşa


Özümə nifrət etdiyim günlərdə
Əbədi olaraq yox olmaq istədiyimdə
Qəlbinə açılan bir qapı yaradaq
Qapınl aç və daxil ol, bu yer səni gözləyəcək
"Sehr Dükanı"

Bir fincan isti çay içərkən
Və qalaktikanı seyr edərkən
Yaxşı olacaqsan, bura "Sehr Dükanı"-dır


Buna görə mənə göstər (Sənə göstərəcəm)
Buna görə mənə göstər (Sənə göstərəcəm)
Buna görə mənə göstər (Sənə göstərəcəm)
Sənə göstərəcəm, sənə göstərəcəm

Çiçəkləyən bir gül kimi
Küləkdə uçuşan gilas çiçəkləri kimi
Yerə enən səhər şəfəqləri kimi
O gözəl an kimi

Həmişə ən yaxşısı olmaq istədim
Buna görə çox səbirsiz və gərgin oldum
Digərləri ilə özümü müqayisə etmək gündəlik işim olmuşdu
Amma keçən günlərə baxanda, düzünü desək
Ən yaxşısı olmaq istədiyim yalan imiş
Sənə təsəlli vermək və qəlbinə toxunmaq istəyirmişəm
Kədər və dərdlərini uzaqlaşdırmaq istəyirmişəm

Özümə nifrət etdiyim günlərdə
Əbədi olaraq yox olmaq istədiyimdə
Qəlbinə açılan bir qapı yaradaq
Qapınl aç və daxil ol, bu yer səni gözləyəcək
"Sehr Dükanı"

Bir fincan isti çay içərkən
Və qalaktikanı seyr edərkən
Yaxşı olacaqsan, bura "Sehr Dükanı"-dır


Buna görə mənə göstər (Sənə göstərəcəm)
Buna görə mənə göstər (Sənə göstərəcəm)
Buna görə mənə göstər (Sənə göstərəcəm)
Sənə göstərəcəm, sənə göstərəcəm

Əgər mən də hər şeydən qorxurdum - desəm, inanardın mı?
Bütün səmimilik, geriyə qalan vaxtlar
Bu yerdə tapdığın bütün cavabların
Qalaktikanda, qəlbinin içindədir

Mənə ən yaxşı tərəfimi qazandırdın
Buna görə ən yaxşı tərəfini özünə bəxş et
Məni sən tapdın, məni sən tanıdın
Mənə ən yaxşı tərəfimi qazandırdın
Buna görə ən yaxşı tərəfini özünə bəxş et
İçindəki qalaksində tapacaqsan onu

Buna görə mənə göstər (Sənə göstərəcəm)
Buna görə mənə göstər (Sənə göstərəcəm)
Buna görə mənə göstər (Sənə göstərəcəm)
Sənə göstərəcəm, sənə göstərəcəm