ZiqZaq
Ein Mic Ein Azrap Ein Führer
[Bənd 1]
Ən bəyəndiyin "MC" kimdir? düşünürsən bəzən
Ən bəyəndiyin "MC" ilə bir gəlirsənsə bəhsə
Mənim bəyənmədiyim "rapper"lər sevinirlər
Ey sən, ən bəyəndiyin "verse"ni tulla
Onlara deyim: "Əhsən!"
Bax, mənlə işiniz olmasın, mən "rap"ə görə can qoymuşam
İllərdir yeraltındayam, bir sümük, bir can qalmışam
Amma istəsəydim pulla duet, konsert və müsabiqə
Sənətimi pula satmaram, mən yeraltına sadiqəm
Bu eyni deyil, bu "rap" tamam fərqlidir, bu eyni deyil
Biz yolu düz getdik-gəldik, amma siz eyni deyin
Belə bir deyimə mən nə deyim? Belələrinə bax mən nə deyim?
Sənin kimi götəgirmək, sözü danmaq axı mənlik deyil
Bilin, bu "rap" mənlik olsun bir ilin hər fəsli
Və mən gedəndə danışırdın böyük-böyük, n'oldu axı?
Geri gələndə qucaqladın, dedin: "Rüzgar təsliməm"
Və də bəsdir, bir də belə qələt eləməginən, səs ver

[Nəqarət]
Gəl, əsl "rap" biz, bizlə ol
Bura "Sumqayıt Rap Band"
Bilsin o, deyin:
"Sizin üçün axı fərqi nə?
Bizim buralara gəlin varın fərqinə"
Gəl, əsl "rap" biz, bizlə ol
Bura "Sumqayıt Rap Band"
Bilsin o, deyin:
"Sizin üçün axı fərqi nə?
Bizim buralara gəlin varın fərqinə"
[Bənd 2]
Dilim "rap" tikir mənim
Elə bilin ki, makinedir
"Underground Rap" Sumqayıtdır
Onda Bakı nədir?
Biz burda susdurduq, soxdurduq ta kimləri
"Rap" indi bizimdir, biz "SumRap"in sakinləri
Əlimdən bu gəldi və nə istədin bundan artıq?
Sənin o bəyəndiyin "rapper" baxışı pulla artırır
Amma biz - alın təri, dinləyici - mız qoyma
"Ramiz, gedək də konsertə
Sən öl, babat qızlar var"
Niyə demədiz biriniz ona? Adamda bir üz olar
Bizi görəndə dilini udar, biz gedəndə dili uzanar
Həqiqət duz kimidir, tökülür yaranın üstünə bax
? qurdun, divarların tikəcəksən üstünü nə vaxt?
Bu söhbət çeynənmiş söhbət, bunun nəyini uzadım?
"AzRap"də bir-iki nəfər var, yanımda dili qısadır
Kimlərsə söyür, qabağa getmək üçün nəyini satır
Bizim ki qürurumuz var, abi, sənə hələ indi çatır?

[Nəqarət]
Gəl, əsl "rap" biz, bizlə ol
Bura "Sumqayıt Rap Band"
Bilsin o, deyin:
"Sizin üçün axı fərqi nə?
Bizim buralara gəlin varın fərqinə"
Gəl, əsl "rap" biz, bizlə ol
Bura "Sumqayıt Rap Band"
Bilsin o, deyin:
"Sizin üçün axı fərqi nə?
Bizim buralara gəlin varın fərqinə"