Axtararsınız

[Bənd 1]
Bir gün yadınıza düşsəm mən əgər
Bu doğma ellərdə axtararsınız
Beş-altı nəğmənin müəllifini
Sevən könüllərdə axtararsınız

[Nəqərat] (x2)
İlk bahar çağında
İsa bulağında
Araz qırağında
Sonalı göllərdə axtararsınız

[Bənd 2]
Gözəllər gözəlim, vətəndir, vətən
Nə duman görəcək, amalım, nə çən
Məni, karvan-karvan mənalı keçən
Aylarda, illərdə axtararsınız

[Nəqərat] (x2)
Görən gözlərimi
Ürək sözlərimi
Sevən gözlərimi
Nəğməli dillərdə axtararsınız!