Əsən Yellər

[Bənd 1]
Dağları duman alanda
Gözüm yollarda qalanda
Yadıma sən düşəndə
Gül yanağım solmasınmı?

[Nəqərat]
Əsən yellər, əsən yellər
Sevgilimdən mənə xəbər
Solanda narın çiçəklər
Gözüm yaşla dolmasınmı?

[Bənd 2]
Bu yerlərdən keçməz oldum
Dost, düşməni seçməz oldum
Eşqimə and içməz oldum
Könlüm xarab olmasınmı?

[Nəqərat]
Əsən yellər, əsən yellər
Sevgilimdən mənə xəbər
Solanda narın çiçəklər
Gözüm yaşla dolmasınmı?