[Bənd 1]

Ən böyük sevgim oldun bilirsənmi bunu sən
Gerçəyi gözlərimdə görmüsən
Sevgidən nifrətə bircə addım deyirlər
Nifrətim çoxdursa sən səbəbsən

[Nəqərat 1]

Ruhsuz bədənəm san ki ruhsuz bədənəm
Zərbən çoxalar oldu çətin düzələm

Yox günahım ahım yandırar səni
Mən səninlə yaşadım cəhənnəmi
Ödədim sayəndə mən bu bədəli
Bacardın yıxdın məni