Mən Qurbanam (İfa: Elmira Rəhimova)

[Bənd 1]
Xoş nəfəsin ulu layla
Həyat verib daim bizə
Minnətdaram sənə hər an
Sən bəzəksən ömrümüzə
Minnətdaram sənə hər an
Sən bəzəksən ömrümüzə

[Nəqərat]
Mehribanım, əziz ana
Nəfəsinə mən qurbanam
Ürəyinin istəyinə
Nəğməsinə mən qurbanam

[Bənd 2]
Sevincinin, kədərinin
Ümid dolu bəhrəsiyəm
Nur çeşməli dünyamızda
Günəşsən, mən zərrəsiyəm
Nur çeşməli dünyamızda
Günəşsən, mən zərrəsiyəm

[Nəqərat]
Mehribanım, əziz ana
Nəfəsinə mən qurbanam
Ürəyinin istəyinə
Nəğməsinə mən qurbanam
[Bənd 3]
Həsrət-həsrət gecələrin
Mən səadət ulduzuyam
Mən sevincəm, mən ümidəm
Mən illərin arzusuyam
Mən sevincəm, mən ümidəm
Mən illərin arzusuyam

[Nəqərat]
Mehribanım, əziz ana
Nəfəsinə mən qurbanam
Ürəyinin istəyinə
Nəğməsinə mən qurbanam