Mən Anayam

[Bənd 1]
Göyərçinim, uç görüm
Qanadların var olsun
Çiçək açsın yer üzü
Dünya bəxtiyar olsun

[Nəqərat]
Mən anayam, bir ana
Ürəyimi apar hər yana
Mən anayam, bir ana
Ürəyimi apar hər yana

[Bənd 2]
Qanadların ağ çiçək
Hər lələkdə bir ürək
Anaların ürəyi
Göyərçinim, uç görək

[Nəqərat]
Mən anayam, bir ana
Laylay çalıram cahana
Mən anayam, bir ana
Laylay çalıram cahana

[Bənd 3]
Günəş də bir ananın
Ürəyi kimi geniş
Qızıl rəngli laylası
Yer üzünə yayılır
[Nəqərat]
Mən anayam, bir ana
Laylay çalıram cahana
Mən anayam, bir ana
Laylay çalıram cahana
Cahana, cahana