Nəsən Sən

[Bənd 1]
Röya kimi səssiz keçən ömrün
Hər şöhrəti sənsən, şanı sənsən
Min dərdə giriftar dəli könlüm
Həm dərdi və həm dərmanı sənsən

[Nəqərat]
Ömrün bəzəyi, zinəti sənsən
Mənamı, ya hikmətmi?
Nəsən sən?

Ömrün bəzəyi, zinəti sənsən
Mənamı, ya hikmətmi?
Nəsən sən?

[Bənd 2]
Sən həm şəkərim, həm zəhərimsən
Sən həm xeyrim, həm zərərimsən
Sən həm sabahım, həm günahımsan
Sən həm dünənim, həm sabahımsan

[Nəqərat]
Çoxdur pərilər, bir dənəsən sən
Ömrümmü, həyatımmı?
Nəsən sən?
Hökmünlə sən aldın məni məndən
Sultanmı, ya xaqanmı?
Nəsən sən?

Nəsən sən?
Nəsən sən?
Nəsən sən?
Nəsən sən?